Nabrana istirahətə gələn Bakı sakinini “tok” öldürüb. Hadisə Xaçmaz rayonunun Nabran kəndindəki "Dənizçi" istirahət mərkəzində baş verib.
Bizim.Media xəbər verir ki, Bakının Xətai rayon sakini, 60 yaşlı Xanım İdris qızı Tağıyeva istirahət mərkəzinin hamamında çimərkən onu “tok” vurub və o, dərhal ölüb.
Məlumata görə, Nabrana istirahətə gələn qadın ailə üzvləri ilə olub.
Ailə üzvləri onu xilas etməyə çalışarkən iki nəfəri də elektrik vurub, amma onlar salamat qalıb.
Mərhumun meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib.
Faktı Xaçmaz rayon prokurorluğu araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
20:30 / 02.07.2023
Nabranda Bakı sakinini “tok” öldürdü - ÖZƏL
Hazırda oxunan: Nabranda Bakı sakinini “tok” öldürdü - ÖZƏL
Hazırda oxunan: Nabranda Bakı sakinini “tok” öldürdü - ÖZƏL
144190
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.