Şəkidə minik avtomobili ağaca çırpıldı - 1 ölü, 2 yaralı var

Şəkidə minik avtomobili ağaca çırpıldı - 1 ölü, 2 yaralı var

Hazırda oxunan: Şəkidə minik avtomobili ağaca çırpıldı - 1 ölü, 2 yaralı var

144178

Şəkidə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Yevlaxdan Şəkiyə gələn istiqamətdə, Alaqapı ərazisində baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hərəkətdə olan “Reno Loga” markalı 99 NG 782 dövlət nömrə nişanlı minik avtomobili sürət həddini aşaraq yolun sağına cıxıb və ağaca çırpılıb.
İlkin məlumatlara görə, sürücü hadisə yerində keçinib, daha iki nəfər isə ağır yaralanıb.

Hadisə yerinə Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib.

FHN əməkdaşlarının səyi nəticəsində avtomobildə sıxılı qalan sürücünün meyiti və iki sərnişin çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Hadisənin təfərrüatları araşdırılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO