Daşkəsən icra başçısı Əhəd Abıyev seldən zərər görən sakinlərlə görüşmək üçün avtomobilin hərəkət edə bilmədiyi əraziyə atla gedib.
Bizim.Media xəbər verir ki, icra başçısının atla görüntüləri sosial şəbəkələrdə yayılıb və maraqla qarşılanıb.
Qeyd edək ki, 29 iyundan başlayaraq Daşkəsənə yağan intensiv leysan yağışları qısa müddətdə güclü dağıdıcı selə və çaylarda daşqınlara səbəb olub.
Rayonun Qabaqtəpə, Əmirvar, Gurbulaq, Dəstəfur, Alaxançallı, Xoşbulaq, Çovdar, Çanaqçı və Qaraqullar kəndlərində çaylar məcrasından çıxaraq daşıb. Rayonun yol infrastrukturuna ciddi ziyan dəyib. Dağlardan iri qaya parçaları və palçıq kütlələri avtomobil yollarına töküldüyündən əksər yollarda nəqliyyatın hərəkəti tamamilə dayanıb.
Sözügedən yollar nəzarətdə saxlanılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:40 / 01.07.2023
Əhəd Abıyev seldən zərər görən sakinlərlə görüşə ATLA GETDİ – FOTO
Hazırda oxunan: Əhəd Abıyev seldən zərər görən sakinlərlə görüşə ATLA GETDİ – FOTO
Hazırda oxunan: Əhəd Abıyev seldən zərər görən sakinlərlə görüşə ATLA GETDİ – FOTO
144090
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.