Sürət həddini aşan 70 yaşlı sürücü yük avtomobilini AŞIRDI 

Sürət həddini aşan 70 yaşlı sürücü yük avtomobilini AŞIRDI 

Hazırda oxunan: Sürət həddini aşan 70 yaşlı sürücü yük avtomobilini AŞIRDI 

144068

Sürət həddini aşan yük avtomobili qəflətən idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.  

Belə ki, Balakənin Mahamalar kənd sakini, 70 yaşlı Canov Canıyev idarə etdiyi “KamAZ” markalı, 08-BC-536 dövlət nömrə nişanlı yük maşını ilə Şəkidən Balakənə qayıdarkən Qax ərazisində qəza törədib. İlkin məlumatlara görə yük avtomobili qəflətən idarəetmədən çıxıb və yol kənarına aşıb.  
Nəticədə 70 yaşlı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə şahidlərinin köməyi ilə o, Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərilib.

Xəstəxanadan verilən son məlumata əsasən Canov Caniyevin vəziyyəti orta-ağır olaraq qalır. Yol nəqliyyat hadisəsinin detalları müvafiq orqanlar tərəfindən araşdırılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO