Çaylara atılan tullantılar sel zamanı hansı fəsadları YARADIR? – ARAŞDIRMA/FOTO 

Çaylara atılan tullantılar sel zamanı hansı fəsadları YARADIR? – ARAŞDIRMA/FOTO 

Hazırda oxunan: Çaylara atılan tullantılar sel zamanı hansı fəsadları YARADIR? – ARAŞDIRMA/FOTO 

144000

Yaz ayları gəlincə, yağışlar çaylarda sel-suların atrmasına əksər hallarda daşqınlara səbəb olur. Əsasən yaşayış məntəqələrinin kənarından axan çaylar boyunca tullantıların onun kənarına bəzən də tam ortasına tökülməsi bir tərəfdən ətraf mühiti çirkləndirir digər tərəfdən isə daşqınlar zamanı əlavə fəsadlara yol açır.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki rayon ərazisində axan Şin çayı belə dağıdıcı və təhlükəli çaylardan biri hesab olunur. 1500 metr eni olan bu çay minlərlə hektar əkin sahələrini yararsız vəziyyətə salıb və proses bu gün də davam edir. 

Bu çay belə deyildi axı.....

“Əslində bu çay belə olmalı deyildi axı. İnsanların münasibəti bu çayı bu günə qoydu. Zibilin atılması, yaz başı həmişə vaxtlı-vaxtında bura təmizlənməliydi çayın məxəzi ki, sel bu tərəfdən gəlsin, körpünün altından rahatlıqla axsın”. 



Bu fikirlər İnçə kənd sakini Nəriman Umudova məxsusur. Kənd ağsaqqalı ilə Şin çayı üzərindəki körpünün piyada səkisində addımlayırıq. Bu körpü ölkəmizdə ən uzun körpü sayılır, uzunluğu 1200 metrdir. 

Nəriman müəlimin bu dəli çayla bağlı xatirələri yetərincədir. Deyir nə yaxşı ki, bu körpü salınıb. 1200 metrlik körpünü indi cəmi dəqiqəyə qət edib əkin sahəsinə gedə bilirlər. O zamansa bu mümkün deyildi. 

Bunlar camaatın pay torpaqlarıdır. 

Nəriman müəllim çay yatağı boyunca uzanan sahələri göstərir. Zaman-zaman daşqınlara məzun qalan əkin sahələri indi çaylaqlara çevrilib. Həmsöhbətim çayların yataqlarının təmizlənməməsi nəticəsində onun genişləndiyini, sakinlərin də buraya tullantılar ataraq onu daha pis vəziyyətə gətirdiyini söyləyir. 



Hətta məlumat lövhəsi olmasına baxmayaraq bəzi sakinlərin bu qaydalara əməl etmədiyini bildirir. Həmsöhbətimiz bildirir ki, ötən əsrin 60-cı illərində bu sahələrdə ətraf kənd sakinlərinin fındıq, qoz və üzüm bağları vardı. Daşqınlar nəticəsində 2 min hektardan çox ərazi yararsız vəziyyətə düşüb.

Bölgə çaylarında monitorinqlər aparılır.

Məlumat üçün bildirək ki, Şin çayı mənbəyini 2 min metr yüksəklikdən və beş dərədən götürdüyündən sululuq bol, daşqınları isə gözləniləndi. 

Bölgənin dağ çayları ilə bağlı mütəmadi monitorinqlər təşkil edən AMEA Şəki Regional Elmi Mərkəzin əməkdaşları məsələnin diqqətdə saxlanılmasının vacibliyini bildirir.     

AMEA, Şəki Regional Elmi Mərkəzin əməkdaşı Yusif Rəhimov bildirir ki, son 10 ildə respublikanın Şimal-Qərb regionunda dağıdıcı fəsadları ilə yadda qalan bir sturuktur və 6 turbulen sel hadisəsi baş verib. 



Ötən illərdə qlobal iqlim dəyişkənliyi ilə əlaqədar quraqlıq vəziyyəindən fərqli olaraq bu ilin birinci yarsından etibarən intensiv yağışların yağmasına görə region çaylarında sululuğun artımı müşahidə olunur. Sel hadisələri baş verdikdə hər dəfə çayların məcraları daşlı-çınqıllı gətirmə materialları ilə dolur ki, bu da gələcək sel nəticələri zamanı daşqınlarla nəticələnə bilir. Odur ki, çayların gətirmə konuslardında beton bərkitmə işləri ilə yanaşı, sənaye üsulu ilə dərniləşmə işlərinin aparılması olduqca zəruridir. 

Yusif Rəhimov hazırda bölgə çaylarından Dəmiraparan, Daşağıl, Kiş, Şin, Kürmük, Tala çaylarında monitorinqlərin davam etdiyini bildirib.

Çay yataqları məişət tullantılarından təmizlənir, əhali maarifləndirilir.

İyun ayından başlayaraq Ekologiya və Təbii Sərvətlər nazirliyinin regional idarəsi yerli müvafiq qurumları da cəlb edərək bölgənin dağ çayları ərazisində tullantıların təmizlənməsi ilə bağlı ekoloji aksiyalar təşkil edir. 

Nazirliyin nümayəndəsi Akif Məmmədov bildirir ki, Şəki-Zaqatala iqtisadi rayonları əsasən turizm marşrutu üzərində yerləşdiyindən və dağ çayları da magistrallardan keçdiyindən birmənalı olaraq çayların ətrafı məişət tullantılarından təmizlənir. 



Hər şənbə günü bir rayonda, çay axarı boyunca təmizlik işləri həyata keçirilir. A. Məmədov daha sonra həmin ərazilərdə monitorinqlər aparıldığını diqqətə çatdırır.       

Nazirliyin nümayəndəsinin sözlərinə görə, təmizlik və maarifləndirmə aksiyasına Şəkinin Kiş çayı ərazisində başlayıblar. Həmçinin Qax rayon ərazisindən axan Kürmük çayda da böyük təmizlik işləri həyata keçirilib. 

Müsahibim bölgədən axan bütün dağ çaylarının ətraf ərazilərində təmizlik işlərinin aparılacağını diqqətə çatdırıb.

Şəki-Zaqatala iqtisadi rayonundan 30 çay axır.

Qeyd edək ki, Şəki-Zaqatala iqtisadi rayonları ərazisindən irili-xırdalı 30-a yaxın dağ çayı axır.



Bu çayların əksəri ilin bütün fəsillərində şirin su və minerallarla zəngindir. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu






 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO