\

\"Qadın öz bədəni, həyatı barədə qərarları özü verməlidir” – Azərbaycanlı feminist - FOTO

Hazırda oxunan: \"Qadın öz bədəni, həyatı barədə qərarları özü verməlidir” – Azərbaycanlı feminist - FOTO

14399

“Bu gün feministlərin əsas tələbləri cinsi ayrı-seçkiliyə son vermək, qadınların şiddətlə bağlı müraciətlərinə operativ reaksiyadır. Qadın öz bədəni, həyatı barədə qərarları özü verməlidir”.

Bu fikirləri Azərbaycanda feminizm hərəkatının aktiv iştirakçısı Aysel Umudova Bizim.Media-ya özəl müsahibəsində deyib. Onun sözlərinə görə, feminizm əsas gender bərabərliyi tələb edir.

Aysel düşünür ki, siqaret, içki və sekslə məşğul olmaq insana qadağa oluna bilməz. 

“Cəmiyyət düşünür ki, Azərbaycanda kişilər rahatlıqla sekslə məşğul olub, içki məclislərində toplaşa bilərlər. Aha, deməli qızlar da bunu istəyir! Azərbaycanda kişilər içkidən də, azad seksdən də ancaq özü imtina edir.

 

MÖVZU İLƏ BAĞLI:

“Feminizm” əməliyyatının arxasında KİMLƏR durur? – BAŞ REDAKTORDAN


Ancaq qadınlar üçün bunların qərarını başqaları verir. Əgər, bərabərhüquqlu olsaq biz də özümüz seçim edəcəyik. Niyə bizim üçün əxlaqsızlıq hesab edilən bir şey qarşı cins üçün rutin istirahətdir. Əgər bu əxlaqsızlıqdırsa, eynisi kişilərə də şamil olunmalıdır. Bir kişi dostları ilə fəxrlə intim həyatından danışa bilir.

Siqaret, içki və sekslə məşğul olmaq insana qadağa oluna bilməz. Siqaret və içki kişi və qadın üçün eyni dərəcədə zərərlidir.

 

Əgər kimsə siqaretin zərərindən narahatdırsa, bununla bağlı söhbəti cinsi ayrı-seçkilik üzərindən etməməlidir. Seksə gəlincə, hər kəs öz bədəni barədə qərarı özü verməlidi. Mənə görə başqasının həyatına, bədəninə qarışmaq əxlaqsızlıqdı”.


Mövzu cinsi azlıqlara gəldikdə isə, o, feminist tələblərinin əsas tələbinin gender bərabərliyi olduğunu xatırladaraq, bunun içində LGBTQİ+ fərdlərin, qaradərili qadınların hüquqları da ayrıca vurğulandığını qeyd edir.

“Məsələn, trans qadınların hüquqları feminizm çərçivəsində danışır və danışılmalıdır. Bundan təbii heç nə ola bilməz. LGBTQİ fərdləri qadınlar kimi əzilənlər sinfinə aiddir. Əzilənlərin bir araya gəlməsi, birgə mübarizə aparması çox normaldır. Fərqliliyə görə kimsə diskriminasiyaya məruz qalmamalıdır.”

Feministlərin əsas tələblərindən biri də Azərbaycanın “İstanbul Konvensiyası”na radifikasıya edilməsidir. Ayselin fikrincə, konvensiyasının ən böyük üstünlüyü zorakılığın əvvəlcədən aradan qaldırılması mexanizminin təklif etməsidir. “Hansısa qadın öldürüldükdən sonra cinayətkarın həbs olunması itirilmiş həyatı qaytarmır.

İstanbul Konvensiyası bir çox öhdəlikləri özündə qoruyub saxlayır. Məsələn buna sığınacaqların açılması, müraciətlərə operativ reaksiya, zərərverənin uzaqlaşdırılması və s. Kimi məsələlər daxildir.

 

İnanıram ki, konvensiyanın qəbulu xeyli insanın həyatını xilas edəcək. Bir çox qadına motivasiya verəcək. İstanbul Konvensiyasının qəbulundan sonra onun işləməsi üçün də mübarizə aparmalı olacağıq.”


Sonda Aysel seçiminə görə ailəsi ilə arasında olan problemlərdən də söz açdı. O, 18 yaşı tamam olduğu üçün həyatına dair verdiyi qərarların müəllifi olduğunu söyləyir.

“Bəzən anam bu yolu seçdiyim üçün mənimlə bəzi məqamlarda eyni fikirdə olmur, aksiyada iştirak etməyimi istəmir, amma buna görə onunla nə mübahisə, nə də üz döndərmə kimi bir hal yaşamışam. Onlar başa düşürlər ki, 18 yaşımı tamamlamışam və aksiyada iştirak etmək mənim öz seçimimdir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO