Erməni terrorçuya görə Matviyenko Qafarovaya zəng vurub – İDDİA

Erməni terrorçuya görə Matviyenko Qafarovaya zəng vurub – İDDİA

Hazırda oxunan: Erməni terrorçuya görə Matviyenko Qafarovaya zəng vurub – İDDİA

14396

Xəbər verdiyimiz kimi, Azərbaycan ordusuna qarşı vuruşan livanlı snayper Maral Nacaryan əsirlikdən azad edilərək Beyrutdakı evinə gedib. Mənbə onun buraxılmasında Rusiyanın rəsmi şəxslərinin dəstəyini xüsusi vurğulayıb.

Bizim.Media xəbər verir ki, həmin şəxsin məhz Rusiya Federasiya Şurasının sədri Valantina Matviyenko olduğu üzə çıxıb.

Bu haqda “Sputnik Ermənistan”ın müxbirinə “Çiçəklənən Ermənistan” partiyasının deputatı Naira Zöhrabyan məlumat verib.

 

MÖVZU İLƏ BAĞLI:

Matviyenko: “MDB Rusiyanın vaksinlərini alacaq ilk ölkələr sırasındadır”


Onun iddiasına görə, Matviyenko qadın terrorçudan ötrü Bakıdakı həmkarı, Milli Məclisin sədri Sahibə Qafarova ilə əlaqə saxlayıb.  

Zöhrabyan açıqlamasında Valentina Matviyenkoya, Livan hökumətinə və digər şəxslərə təşəkkürünü bildirib. 

Onun sözlərinə görə, hüquq müdafiəçisi Siranuş Sahakyan, Ombudsman Arman Tatoyan, Ermənistanın Andorradaki keçmiş fəxri konsulu Ara Bağdasaryan da Maralın qaytarılması üçün fəal şəkildə çalışıblar.

Erməni deputat bu məsələ ilə bağlı bilərəkdən məlumat vermədiklərini qeyd edib: “Nəsə işimizə mane ola bilərdi”.

Xatırladaq ki, Maralın ikili vətəndaşlığı var - Ermənistan və Livan. Keçən ilin 4 avqustunda Beyrutda baş verən partlayışdan sonra Maral və bacısı Ermənistana köçüb. Qarabağda yaşamaq istədiklərini bildiriblər və bir ay sonra Şuşa şəhərindəki otellərdən birinə yerləşiblər. 

Müharibə başlayanda bacılar Gorusa köçüblər. İddia edilir ki, onlar əşyalarını  götürmək üçün Şuşaya qayıdıblar və sonra yox olublar.

Əslində isə bu informasiya erməni mediasının feyk xəbəridir. Adı çəkilən qadın snayperçi olub və Azərbaycan ordusuna qarşı vuruşub. 

Matviyenkonun Sahibə Qafarovaya zəng vurması isə qanunverici orqan tərəfindən öz təsdiqini tapmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO