Tanınmış müğənni Tacir Şahmalıoğlu 30 iyun Sevgililər Günü ilə bağlı mahnı ifa edib.
Bizim.Media xəbər verir ki, “İlahi sevgi” adlanan mahnının sözləri yazıçı-publisist Seymur Şeydayevə, musiqisi isə Səyyad Allahverdiyevə məxsusdur.
Xatırladaq ki, neçə illərdir 30 iyun Azərbaycanda Sevgililər Günü kimi qeyd olunur.
Bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib, özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır.
Bizim.Media