Kürdəmirdə bir qrup polis əməkdaşı TƏLTİF OLUNDU - FOTO

Kürdəmirdə bir qrup polis əməkdaşı TƏLTİF OLUNDU - FOTO

Hazırda oxunan: Kürdəmirdə bir qrup polis əməkdaşı TƏLTİF OLUNDU - FOTO

143900

Kürdəmirdə Polis əməkdaşlarının peşə bayramı qeyd olunub. Xidmətlərində fərqlənən bir qrup polis əməkdaşları mükafatlandırılb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, tədbir iştirakşıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər qərənfillər düzüb ruhuna dualar oxudular. Sonra tədbir payon polis şöbəsində davam edib. 

Kürdəmir rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimov, rayon polis şöbəsinin rəisi polis-palkovniki Arzu Rzayev və rayonun hüquq mühafizə orqanı əməkdaşları iştirak ediblər.

İcra başçısı Elxan İbrahimov və rayon polis şöbəsinin rəisi polis palkovniki Arzu Rzayev polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara bu çətin və  şərəfli işlərində uğurlar arzu ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycan polisinin 105 illik şərəfli tarixindən söhbət açıblar. Azərbaycan polisinin istər 44 günluk Vətən müharibəsində, istərsə də post -pandemiya dövründə göstərdikləri qəhrəmanlıq və şücaətlərindən danışılıb. 
Sonda xidmətlərində xüsusilə fərqlənən bir qrup polis əməkdaşları Kürdəmir rayon icra hakimiyyəti başçsının fəxri fərmanları ilə təltif olunublar.










Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO