Siyəzəndə şəhid ailələri restorandan QOVULUB? – Obyekt sahibindən AÇIQLAMA - FOTO/VİDEO

Siyəzəndə şəhid ailələri restorandan QOVULUB? – Obyekt sahibindən AÇIQLAMA - FOTO/VİDEO

Hazırda oxunan: Siyəzəndə şəhid ailələri restorandan QOVULUB? – Obyekt sahibindən AÇIQLAMA - FOTO/VİDEO

143887

Sosial şəbəkələrdə Siyəzən rsyonunun Məşrig kəndində yerləşən "Villa Qala" restoranında şəhid ailələrinə hörmətsizlik olduğu barədə videogörüntülər yayılıb.

Görüntülərdə restoranda nahara gələn şəhid ailələrinin yerli icra hakimiyyəti tapşırsa da  obyektin ərazisinə  buraxılmadığı, onların buradan qovulduğu bildirilib.

Məsələyə Məşrif kəndindəki məscidi inşa etmiş, Vətən Müharibəsi şəhidi Elməddin Məhərrəmovun atası Şahlar Məhərrəmov münasibət bildirib. O, bu barədə sosial şəbəkə vasitəsilə deyilənlərin həqiqəti əks etdirmədiyini açıqlayıb.

Şəhid atası Bizim.Media-ya açıqlamasında onun adına yığışan şəhid analarına qarşı "Villa Qala"restoranı tərəfindən heç bir hörmətsizlik edilmədiyini deyib.

Qeyd edib ki, şəhid anaları Məşrig kəndinə onun öz vəsaiti ilə inşa etdidiyi məscidin açılışına gəliblər. Məsciddə 3000 şəhidin mərmərdən şəklinin vurulması planlaşdılıb və bu istqamətdə işlər davam etdirilir.
Siyəzən rayonunun Məşrif kəndində yerləşən "Villa Qala"restoranının icarəçisi Amil Abbasov da Bizim.Media-ya sosial şəbəkədə səslənən fikirlərin doğru olmadığını qeyd edib.

Bildirib ki, yerli icra nümayəndəsi onlara 20-25 nəfərlik süfrə hazırlanmasını xahiş edib:

“Biz də hazırladıq. 32 nəfər şəhid ailəsi üzvünü yerləşdirdik. Bizə qəfildən təxminən 200-dən artıq şəhid ailəsinin nümayəndəsi gəldi. Təəssüf ki, biz onların hamısını yerləşdirə bilmədik. Yerimiz məhdud idi. Başqa istirahət edənlər də vardı. Restoranda şəhid ailələrinə hörmətsizlikdən söhbət gedə bilməz. Qarabağ fədailərinin ailə üzvlərinə cəmiyyətin digər üzvləri kimi, böyük hörmət və ehtiramla yanaşırıq”, -deyə o, əlavə edib. 
 


 




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO