Yalama-Nabran meşələri həşəratların hücumuna MƏRUZ QALIB  – ÖZƏL/FOTO/VİDEO

Yalama-Nabran meşələri həşəratların hücumuna MƏRUZ QALIB  – ÖZƏL/FOTO/VİDEO

Hazırda oxunan: Yalama-Nabran meşələri həşəratların hücumuna MƏRUZ QALIB  – ÖZƏL/FOTO/VİDEO

143866

Samur-Yalama Milli Parkının Xaçmaz ərazisi təhlükə altındadır. Buradakı ağacları kütləvi şəkildə həşəratlar məhv edir. Bu məlumatla tanınmış jurnalist, "Şimal xəbərləri" qəzetinin baş redaktoru Müqəddəs Mehdiyev çıxış edib.

Onun sözlərinə görə, bu barədə ona ərazidə yaşayan sakinlər məlumat verib. Sakinlər massivə ziyancericilər düşdüyündən ağacların kütləvi şəkildə quruduğunu deyiblər.

Müqəddəs Mehdiyev sakinlərin məlumatının nə dərəcədə doğru olduğunu öyrənmək üçün özü Samur-Yalama Milli Parkının Nabran-Yalama ərazisində olub və vəziyyətin dözülməz olduğunu öz gözləri ilə görüb:

"Müşahidə etdim, həqiqətəm parkdakı ağacları qurd məhv edib. Samur-Yalama parkının adı yazılmış lövhənin yanından-Tel bulağı başlayan yerdən ağaclar tırtıllarla doludur. Ağacların altında durmaq olmur, adamın başına və avtomobilin üzərinə tırtıllar daraşır. Ağacların qurumasını da gördüm. Vəziyyət həqiqətən çox ciddidir".

Müqəddəs Mehdiyevin məlumatına görə, analoji vəziyyət Yalamadan Nabrana gələn yoldakı massivdə də müşahidə olunur. Burada da  həşəratların kütləvi şəkildə ağacları məhv etdiyi açıq-aydın görünür.

Media eksperti Müqəddəs Mehdiyev deyir ki, məsələnin ciddiliyini nəzərə alıb sosial şəbəkə vasitəsilə Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə və diğər dövlət qurumlarına müraciət edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi təcili olaraq Samur-Yalama Milli Parkının ərazisində monitorinq aparmalı, tırtılların hansı səbəbdən yayılmasının səbəbini araşdırıb ictimaiyyətə məlumat verməli və məsələ cidd nəzarət altına alınmalıdır.

Əks təqdirdə parkın ərazisində ağacların kütləvi şəkildə qurumasının şahidi olacağıq.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Samur-Yalama Milli parkının direktoru Aqşin Qurbanovdan mövqe öyrəndik.

Park direktoru Bizim.Media-ya açıqlamasında faktı qismən təsdiqləyib. Onun sözlərinə görə, bu kütləvi şəkildə deyil, ağacları zərərvericilərin basması halı yalnız bir zolaqda-Səlimoba-Tel yolunda - 3-cü Yalama ərazisində müşahidə olunur.

Əsasən vələs ağaclarında qurd daraşması qeydə alınıb:

"Biz hələ qış aylarından tədbirlərə başlamışıq. 50 hektara yaxın sahə dərmanlanıb və təmizlənib. Bu proses davam edir, zərərvericilətə qarşı tədbirlərimizi diğər dövlət qurumları ilə birgə mütəmadi  aparırıq".

Aqşin Qurbanov onu da qeyd edib  ki, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazırliyi də məlumatlıdır. Nazirlyin əməkdaşları bir neçə dəfə əraziyə baxış da keçirib.

Yayılan zərərvericinin hansı həşərat olmasına gəlincə isə Samur-Yalama Milli Parkının direktoru Aqşin Qurbanov məlumat verib ki, bu, el arasında qaraçı güvəçi kimi tanınan tək ipək sarıyan adlanan ziyanvericidir. Onun, hansı şəraitdə yayılması və əraziyə necə düşməsi isə elmi yolla araşdırılmalıdır. 
Qurum rəsmisi onu da əlavə edib ki, Samur-Yalama Parkının ərazisində və Yalama meşə təsərrüfatının ərazisində zərərvericilərin yayılması ümumi meşə fondunun 10 faizini təşkil edir.
 














 Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO