Qaxda bulaqdan su içmək istəyən şəxsi maşın VURUB  

Qaxda bulaqdan su içmək istəyən şəxsi maşın VURUB  

Hazırda oxunan: Qaxda bulaqdan su içmək istəyən şəxsi maşın VURUB  

143805

Qax rayonunun  Süskənd ərazisində bulaqdan su içmək üçün yolu keçən Bakı şəhər sakinini avtomobil vurub.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kənd ərazisindən qeydə alınıb.  

Qəzanın baş verdiyi ərazidə məşhur Süskənd bulağı yerləşir və hadisə də elə həmin yerdə qeydə alınıb. Belə ki, “BMW” markalı avtomobilin sürücüsü İbadət Nağıyev avtomobildə hərəkətdə olarkən yolu keçmək istəyən 39 yaşlı Bakı şəhər sakini Elnur Məhyəddinov qəflətən qarşısına çıxıb. Sürücü piyadanı vuraraq ona müxtəlif bədən xəsarətləri yetirib.  

Hadisədən sonra 39 yaşlı piyada rayon mərkəzi xəstəxanasına aparılıb. İlkin tibbi müayinələr zamanı Bakı şəhər sakinin kəllə-beyin travması aldığı bəlli olub. Həkimlər ona tibbi yardım göstərdikdən sonra xəstə reanimasiya şöbəsinə yerləşdirilib.  
Həkimlərin sözlərinə görə, Elnur Məhyəddinovun vəziyyəti orta-ağır olaraq qalır. Yaxın saatlarda onun Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriləcəyi bildirilir.  
 
Baş verən hadisə ilə bağlı araşdırma aparılır.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO