Deputat bayramda tətbiq ediləcək qapanmalara ETİRAZ etdi

Deputat bayramda tətbiq ediləcək qapanmalara ETİRAZ etdi

Hazırda oxunan: Deputat bayramda tətbiq ediləcək qapanmalara ETİRAZ etdi

14380

“Karantin qaydaları ilə bağlı qərar qəbul edilən zaman əsas meyar epidemioloji vəziyyət, daha dəqiqi yoluxma sayı götürülür".

"420 mindən artıq vətəndaşımızın peyvənd olunduğunu və yoluxma sayının tənzimlənən həddə olduğunu nəzərə alsaq, ictimai iaşə və xidmət sferalarında yenidən qapanma məqsədəuyğun olmazdı".

"Xüsusən nəzərə almaq lazımdır ki, bu sektorlarda fəaliyyət göstərən müəssisələr, eləcə də kafe və restoranların qapanmadan sonra fəaliyyətlərinin bərpası müəyyən zaman və maliyyə tələb edir”.

 

MÖVZU İLƏ BAĞLI:

Deputatdan toyların bərpası ilə bağlı TƏKLİF – “Bu sferada hələ də açılımaya gedilmir”


Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Facebook” hesabında qeyd edib. Onun sözlərinə görə Novruz Bayramı yaxınlaşdıqca yenidən karantın məhdudiyyətlərinin tətbiq edilib-edilməyəcəyi ən çox müzakirə edilən məsələlərdəndir:

“Epidemioloji vəziyyətə görə pandemiya başladıqdan sonra “lock down” məhdudiyyətlərini bir neçə tətbiq olunduğunu nəzərə alsaq bu istiqamətdə müzakirələrin intensivləşməsi anlaşılandır.

Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır.

Ümumilikdə ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub.

Göründüyü kimi, bu sektorlardakı fəaliyyət məşğulluq baxımdan da vacib hesab olunur. O baxımdan da, epidemioloji vəziyyət kəskin pisləşməyəcəyi halda bayram günlərində də bu sektorlarda fəaliyyətlərin davam etməsi məqsədəuyğun olardı”, deyə deputat əlavə edib.

Alçina Amilqızı, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO