BİZİM TƏQVİM: 30 iyunda nələr olub?

BİZİM TƏQVİM: 30 iyunda nələr olub?

Hazırda oxunan: BİZİM TƏQVİM: 30 iyunda nələr olub?

143795

1625–ci ilin bu günüdə növbəti Səfəvi-Osmanlı müharibəsi (1623-1639) gedişində Şah Abbasın qoşunları gürcü çarlıqlarının birləşmiş qüvvələrinə qalib gəlib, bölgəni yenidən nəzarətə götürüb.

Bəs, iyunun 30-da dünyada daha hansı hadisələr baş verib?

1. 30 iyun 1868-ci ildə Səmərqənd Çar Rusiyasına birləşdirilib.

2. 1908-ci il 30 iyunda Rusiyanın Sibir bölgəsindəki Tunquska çayı yaxınlığında atmosferə girən asteroid havada partladı. 800 kilometr məsafədən görünən partlayışın yaratdığı seysmik dalğalar hətta Avropa qitəsinə qədər gedib-çıxdı.

3. 30 iyun 1934-cü ildə Almaniya kansleri təyin edilən Adolf Hitler ordu və sənayeçilərin dəstəyini almaq üçün Nasist Partiyasının içindəki müxalifəti "Uzun bıçaqlar gecəsi" adı ilə “təmizlədi”. Hitler hətta yaxın yoldaşı olan SA-nın başçısı Ernst Roehm və Nasist Partiyasının paramiliter təşkilatı olan SA-nın bütün idarəçilərini həbs etdirərək öldürtdü.

4. 30 iyun Zair xalqının, Konqo Demokratik Respublikasının istiqlaliyyət günüdür.

5. “Soyuz 11” kosmik gəmisi ilə fəzaya uçan və 22 gün kosmosda qalan sovet kosmonavtları Vladislav Volkov, Georgi Dobrovolski və Viktor Patsayev 30 iyun 1971-ci ildə Yür kürəsinə qayıdarkən eniş modulundakı havanın boşalması səbəbindən boğularaq həyatlarını itirdilər. Bu, kosmosdakı ilk ölüm hadisəsi olaraq tarixə düşdü.

6. ABŞ-ın İraq işğalından sonra tutulan ölkə başçısı Səddam Hüseyn və Baas hökumətinin 11 ali səlahiyyətlisi 2004-cü ilin 30 iyununda ilk dəfə hakim qarşısına çıxdı. Səddam Hüseyn elə ilk ifadəsində bu məhkəmənin onu mühakiməetmə səlahiyyətinə malik olmadığını söylədi.  

7. 30 iyun Azərbaycanda Sevgililər Günü kimi qeyd edilir. 20 yanvar şəhidləri Fərizə və İlham məhz bu tarixdə evləniblər. Həyat yoldaşının şəhid olduğunu eşidən Fərizə onsuz yaşaya bilməyəcəyini deyərək intihar edib. Ona görə də Azərbaycanlı vətənpərvərlər onların xatirəsinə ehtiram olaraq hər ilin bu gününü Sevgililər Günü kimi qeyd edirlər.

30 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. 30 iyun 1812–ci ildə görkəmli yazıçı, dramaturq, şair və filosof Mirzə Fətəli Axundzadə dünyaya gəlib.(1812-1878). Yazdığı 6 komediyası ilə Azərbaycan dramaturgiyasının, “Aldanmış kəvakib” povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub.

2. Azərbaycanın tanınmış tarzəni, Sadıqcan məktəbinin davamçısı, pedaqoq Mirzə Mansur 1887-ci ilin bu günü anadan olub. Azərbaycan muğamlarının mahir ifaçısı və muğam nəzəriyyəçisi Mirzə Mansurun 1936-cı ildə çalğısı əsasında “Rast”, “Zabul”, “Dügah” muğamları nota alınıb. (1887-1967)

3. 30 iyun Azərbaycan Demokratik Cümhuriyyətinin hərbi xadimlərindən olan general-mayor Firudin Vəzirovun xatirə günüdür.Firudin Vəzirov 1925-ci ilin bu günü bolşeviklər tərəfindən tutularaq güllələnib. (1850-1925)

4. 1928–ci ilin bu günündə görkəmli alim, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru Cəlal Əliyev anadan olub (1928-2016).

5. Ağır şəkili peşəkar boksçu Mayk Tayson 30 iyun 1966-cı ildə doğulub.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO