Bakıda temperatur normadan yüksək olub - Faktiki HAVA

Bakıda temperatur normadan yüksək olub - Faktiki HAVA

Hazırda oxunan: Bakıda temperatur normadan yüksək olub - Faktiki HAVA

143759

İyunun 29-u saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bizim.Media-ya bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, yağıntı Balakəndə 10 mm, Göygöldə 9 mm, Daşkəsən, Gədəbəydə 8 mm, Qax, Gəncə, Şəmkir, Tovuz, Oğuz, Qəbələ, Şəki, Şahdağ, Mingəçevir, Göyçayda 2 mm-dək olub.

Şimal-qərb küləyi arabir Daşkəsəndə 23 m/s, Sabirabadda 17 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.7 metrə çatıb.
Havanın maksimal temperaturu iyunun 28-də Bakıda iqlim normasından 2 dərəcə yuxarı olub, Bakıda və Abşeron yarımadasında 30 dərəcəyədək, Naxçıvan MR-da 33-35 dərəcə, dağlıq rayonlarda 20-24 dərəcə, aran rayonlarında 35 dərəcəyədək isti olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO