“Yüksəliş” müsabiqəsinə 13 500 müraciət daxil olub

“Yüksəliş” müsabiqəsinə 13 500 müraciət daxil olub" - Fərhad Hacıyev

Hazırda oxunan: “Yüksəliş” müsabiqəsinə 13 500 müraciət daxil olub" - Fərhad Hacıyev

143756

“Yüksəliş” müsabiqəsinin İşçi qrupu iyunun 28-dən peşəkar ekspert heyətinin iştirakı ilə təlimlərə başlayıb. Təlimlər xarici ekspertlər tərəfindən müsabiqənin yarımfinal və final mərhələlərində iştirakçıların səriştələrini qiymətləndirəcək yerli ekspertlər üçün nəzərdə tutulub.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev deyib.

Onun sözlərinə görə, 3 gün davam edəcək təlimlər yarımfinal və final mərhələləri formatında təşkil olunur:

“Təlim iştirakçıları oxşar imtahan vəziyyətini simulyasiya edir və onların səriştələri ekspertlər tərəfindən qiymətləndirilir. Bununla yanaşı, təlim iştirakçılarına qiymətləndirmə meyarları, qiymətləndirmə konfransı və ekspertlərin rolu ilə bağlı məlumat verilir.

Yarımfinal və final mərhələsinin qiymətləndirici şəxsləri olan ekspertlər qiymətləndirmə sahəsində geniş təcrübəyə malik peşəkar psixoloqlar və ölkənin qabaqcıl dövlət və özəl təşkilatlarının insan resursları üzrə mütəxəssisləridir”.

Fərhad Hacıyev bildirib ki, bu il müsabiqədə iştirak üçün bu il  13 500-ə yaxın müraciət daxil olub.

Həmçinin keçirilən yarımfinalda iştirakçıların 8 səriştəsi (strateji düşüncə bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər tərəfindən qiymətləndiriləcək:

“Qiymətləndirmə təqdim edilən keyslər üzərində aparılacaq. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanaraq Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir.

Müsabiqənin yarımfinal mərhələsi iyunun 30-da, iyulun 1-2-də Bakı Ekspo Mərkəzində keçiriləcək. Əvvəlki mərhələləri uğurla başa vuran 12 min 299 nəfərdən 343-ü yarımfinalda iştirak hüququ qazanıb”.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO