ETSN: Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan yüksəkdir

ETSN: Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan yüksəkdir

Hazırda oxunan: ETSN: Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan yüksəkdir

143727

Bu gün Bakı və Abşeron yarımadasında gün ərzində havada toz müşahidə olunur. Atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən havada tozun miqdarı 1.5 dəfə normadan yüksək müəyyən edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, müşahidə olunan toz sinoptik vəziyyətlə əlaqədar küləkli hava şəraitində müşahidə olunan lokal xarakterlidir. İyunun 29-da şimal küləyinin mülayimləşməsi nəticəsində tozun konsentratsiyasının azalması proqnozlaşdırılır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO