Gəncə şəhərində intihara cəhdin qarşısı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən alınıb.
Bu barədə Bizim.Media Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:59 / 11.03.2021
Yenə intihar, bu dəfə - Gəncədə
Hazırda oxunan: Yenə intihar, bu dəfə - Gəncədə
Hazırda oxunan: Yenə intihar, bu dəfə - Gəncədə
14369
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.