Bu gün səhər saatlarından Xaçmaz rayonunda Qurban bayramı ilə bağlı bayram namazı qılınıb, qurbanlar kəsilib. Qurbanlıq qoyunlar rayonda fərdi yerlərdə və rayon ərsaisində özəl satış mərkəzlərində satılıbr. Rayonda qurbanlıq qoyunun satış qiyməti heyvanın çəkisinə, yaşına görə dəyişir.
Xudat şəhər sakini Rəşad Ağaşirinov Bizim.Media-ya məlumat verib ki, satışda qurbanlıq qoyunun 1 kiloqramı 15, quzunun kiloqromı isə 17 manata çıxır. Qiymətlər 130-140 manatdan 250 manata qədər dəyişir.
Onun sözlərinə görə, qurbanlıq qoyunun qiyməti adi halda bazar qiymətindən fərqlənmir, eyni qiymətdir.
Qoyun satıcıları heyvanı saxlamağın xərcinin çox olması səbəbindən qiymətlərin baha olduğunu deyirlər. Qiymətlər əl yandıran olsa da qurban kəsməyi niyyət edən rayon sakinləri imkan daxilində İsmayıl qurbanı kəsməyi özlərinə borc biliblər.
Xaçmaz rayon icra hakimiyyətindən bildirilib ki, bu gün sakinlər Xaçmaz şəhərindəki kəsim məntəqəsində və fərdi qaydada qurbanlıq heyvanlarını kəsiblər.
Quba rayonunda da Qurban bayramı ilə əlaqədar bir neçə yerdə, Quba-Qonaqkənd yolunun başlanğıcında heyvan kəsimi məntəqələri fəaliyyət göstərir. Qurban kəsmək imkanı olan insanlar bu məntəqələrdə heyvanı alır və yerindəcə kəsirlər. Alıcılar bildirirlər ki, qurbanlıq xırda buynuzlu heyvanın kiloqrama görə satışı 14-16 manat arasında dəyişir. Heyvan satışı ilə məşğul olan şəxslər isə satışın gedişatından razılıq edirlər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:48 / 28.06.2023
Xaçmaz və Qubada qurbanlar kəsildi - FOTO
Hazırda oxunan: Xaçmaz və Qubada qurbanlar kəsildi - FOTO
Hazırda oxunan: Xaçmaz və Qubada qurbanlar kəsildi - FOTO
143640
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.