İsmayıllıda avtomobil ağaca çırpılıb - Yaralılar var - FOTO 

İsmayıllıda avtomobil ağaca çırpılıb - Yaralılar var - FOTO 

Hazırda oxunan: İsmayıllıda avtomobil ağaca çırpılıb - Yaralılar var - FOTO 

143582

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı yolunun rayonun Talıstan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, həmin yolda hərəkətdə olan 99-UO-776 dövlət nömrə nişanlı "KİA" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı 1997-ci il təvəllüdlü Mirzəlizadə Vüsal Məsim oğlu və 1984-cü il təvəllüdlü Ağaməmmədova Samirə Eldar qızı xəsarət alıb.  
Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.  

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.  






Bizim Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO