Xarici turistlərin Xınalıq TƏƏSSÜRATLARI – FOTO  

Xarici turistlərin Xınalıq TƏƏSSÜRATLARI – FOTO  

Hazırda oxunan: Xarici turistlərin Xınalıq TƏƏSSÜRATLARI – FOTO  

143561

"Bu ilin son 6 ayında Xınalığa 6914 nəfər turist gəlib ki,onlardan 3884 nəfəri yerli, 3030 nəfəri isə əcnəbi ölkə vətəndaşlarıdır. Onlar əvvəlcə unikal dağ kəndi Xınalıq kəndinin girişində yerləşən Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun muzey fonduna və Xınalıq Tarix-Etnoqrafiya muzeyinə baş çəkirlər". 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Muzeyinin elmi işçisi İzzət Bağırov deyib.  

Onun sözlərinə görə, bayram tətilinin 2-ci günü Qubanın Xınalıq kəndinə gələn xarici turistlər Çin, Malayziya, Hindistan, Polşa vətəndaşlarıdır. 

Qoruğun əməkdaşı bu gün Yeni Zelendiyadan gəlmiş turist Ann Mçkillopla və malaziyalı turist Lee Kee ilə söhbətləşib.  

Onların artıq kənddə sakinlərin hostel kimi kirayəyə verdikləri evdə yerləşdiyini deyən İzzət Bağırov burada 1 nəfər üçün qalma xərcinin 30-40 manat arasında olduğunu  və əcnəbilərin  qiymətlərdən razı qaldıqlarını bildirib: 

Bildirirlər ki, Xınalıqda evlərdəki şəraiti və yerli camaatın qonaqpərvərliyini çox bəyənirlər. Qiymətlər də standartdır. Xınalığın təbiəti, havası, bir evin damının o birinin küçəsinə düşməsi, qoruq ərszisindəki memarlıq abidələrinin tikiliş tərzi çox xoşlarına gəlir. Xınalıq camaatının dünyada yeganə dil qrupu olan dilini və etniklərin yaşayış tərzini çox bəyənirlər”. 
Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun elmi işçisi İzzət Bağırov Malaziya və Yeni Zelandiyadan gəlmiş xarici turistlərin Xınalıq haqda məlumatı “BBC”nin hazırladığı reportajdan, eyni zamanda internet portalında dünyanın 10 ən maraqlı yeri siyahısında gördükdən sonra əldə etdiklərini bildiriblər.  

Məhz bundan sonra onlar Azərbaycanın bu kəndinə səfər etmək qərarına gəliblər.  

Əcnəbilər Xınalıqda aparılmış arxeoloji qazıntı yerlərinə də baş çəkib, burada qədim Roma və Misir mədəniyyətinə rast gəlmələrini də heyrət və maraqla qarşılayıblar. Onlar səfər üçün buranı seçməkdən çox məmnun olduqlarını deyiblər. 








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO