Xaçmazda şəkər tozu QITLIĞI – ÖZƏL  

Xaçmazda şəkər tozu QITLIĞI – ÖZƏL  

Hazırda oxunan: Xaçmazda şəkər tozu QITLIĞI – ÖZƏL  

143524

Xaçmaz rayonunda artıq üç gündür ki, şəkər tozu qıtlığı yaşanır. Belə ki, Xaçmaz və Xudat şəhərlərində, o cümlədən rayonun kəndlərində yerləşən mağaza və marketlərdə şəkər tozu qəhətə çıxıb. 

Bu barədə yerli sakinlər Bizim.Media-ya məlumat veriblər. 

Araşdırmamız nəticəsində məlum oldu ki, şəkər tozu yalnız istehsalı həyata keçirən şirkətin distribütorü olan mağazada satılır.  

Bundan əlavə, şəkər tozunun qiymətində son 3 gündə artım var. Kiloqramı əvvəllər 1 manat 57 qəpiyə satılan şəkər tozu bu mağazada indi 1.85 manata satılır. 

Digər mağazalarda isə qiymət bahalaşması ilə yanaşı, şəkər tozu belə yoxdur. 

Meyvənin mövsümü olduğu bir vaxtda və Qurban bayramı ərəfəsində şəkər tozunun həm bahalaşması, həm də tapılmaması sakinlərin narazılığına səbəb olub. 

Ehtimal edilir ki, yalnız hansısa ucqar kənd mağazasında 1-2 kisə şəkər tozu qala bilər, amma bu, ümumən Xaçmazda sözügedən məhsulun qıtlığının yaşandığı gerçəyini dəyişdirmir. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO