“Əvvəlki günlərlə müqayisədə bayram tətili günlərində Xınalıq kəndinə gələnlərin sayında artım olacaq”.
Bunu Dövlət Turizm Agentliyinin Qubanın Xınalıq kəndindəki Xınalıq Dövlət Tarix-memarlıq və Etnoqrafiya Qoruğunun direktoru Həsən Ağayev Bizim.Media-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, gələn turistlər həm ölkə, həm də xarici ölkə vətəndaşlarıdır. Xarici vətəndaşlar əsasən Avropa ölkələrindən gəlir:
“Silahlı Qüvvələr günü və Qurban bayramı ilə bağlı Xınalığa gələnlərin sayı bu gündən daha da artacaq. Bu səbəbdən turistlərin Xınalığa bayram günlərində daha çox gələcəyi gözlənilir”.
Həsən Ağayev deyir ki, həm yerli, həm də xarici turistləri Xınalıq kəndinin təbiəti, tarixi, sakinlərin yaşayış tərzi, qədim evlər və tikiliş tərzi və tarixi abidələr çox maraqlandırır.
Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun direktoru Həsən Ağayev məlumatında onu da bildirdi ki, Xınalıqda 10 ailə kənd turizmi ilə məşğul olur. Onlar evlərini turistlərə kirayə verir, kənd məhsullarını satır və Xınalığın tanınması üçün kəndin ərazisində bələdçilik edirlər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:40 / 27.06.2023
Xınalığa gələn turistlərin sayında ARTIM
Hazırda oxunan: Xınalığa gələn turistlərin sayında ARTIM
Hazırda oxunan: Xınalığa gələn turistlərin sayında ARTIM
143501
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.