Əlahiddə Ümumqoşun Orduda tədbirlər keçirilib - FOTO/VİDEO 

Əlahiddə Ümumqoşun Orduda tədbirlər keçirilib - FOTO/VİDEO 

Hazırda oxunan: Əlahiddə Ümumqoşun Orduda tədbirlər keçirilib - FOTO/VİDEO 

143447

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Əlahiddə Ümumqoşun Orduda tədbirlər keçirilib, hərbi qulluqçular təltif edilib. 

Azərbaycan Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində keçirilən tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib. 

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun və müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin təbrikləri şəxsi heyətə çatdırılıb. 

Təbriklər oxunduqdan sonra hərbi qulluqçulara müxtəlif adda medallar, vaxtından əvvəl və növbəti hərbi rütbələr, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. 

Tədbirlərdə xüsusi təyinatlı bölmələrin şəxsi heyəti döyüş bacarıqlarını və fiziki dözümlülüklərini nümayiş etdiriblər. 

Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub. 

26 iyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar birləşmə, hissə və bölmələrdə bayram süfrələri təşkil olunub və muxtar respublikanın mədəniyyət kollektivləri hərbi qulluqçuların qarşısında konsert proqramları ilə çıxış edib. 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO