Xaçmazda taxıl sahəsi YANIB - VİDEO 

Xaçmazda taxıl sahəsi YANIB - VİDEO 

Hazırda oxunan: Xaçmazda taxıl sahəsi YANIB - VİDEO 

143444

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Yalama kəndi ərazisində taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində biçilməmiş taxıl sahəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində kənd əhalisinə məxsus ərazidə 0,1 ha sahədə biçilməmiş taxıl sahəsi və ətrafında 0,6 ha sahədə kol-kos, quru ot yanıb. Ətraf ərazilər, o cümlədən hava elektrik xəttləri yanğından mühafizə olunub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO