Xaçmaz rayonunun Çarxı kəndində dayı öz bacısı oğlunu bıçaqlayıb. 28 yaşlı Eldar Bayramov şəxsi mübahisə zəminində toyda bıçaqlanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Xaçmaz polis şöbəsində fakta görə araşdırma başlanılıb.
Analoji hadisə Şabranın Padar kəndində də qeydə alınıb. Belə ki, 45 yaşlı Müzəffər Fəhlilov torpaq üstündə həmkəndlisi ilə mübahisə edərkən bıçaq xəsarəti alıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
18:34 / 26.06.2023
Xaçmaz və Şabranda bıçaqlanma hadisəsi olub
Hazırda oxunan: Xaçmaz və Şabranda bıçaqlanma hadisəsi olub
Hazırda oxunan: Xaçmaz və Şabranda bıçaqlanma hadisəsi olub
143435
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.