Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Gənclər Ordusu” adlı düşərgə bir çox məqamları ilə yadda qalıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Silahlı Qüvvələr Günü ərəfəsində Balakən Gənclər Evi və rayon Gənclər və İdman İdarəsinin maraqlı bir layihəyə imza atıb.
Belə ki, “Gənclər ordusu” adlanan layihə çərçivəsində təşkil edilən düşərgədə 40-dək fəal gənc, məktəbli, tələbə və könüllü iştirak edib.
İki gün davam edən düşərgədə müxtəlif mövzuda təlimlər, intellektual və əyləncəli oyunlar, seminarlar keçirilib.
Vətən müharibəsi qaziləri və iştirakçıları ilə keçirilən görüşlər maraqla qarşılanıb. Düşərgə iştirakçıları asudə vaxtlarını vətənpərvərlik ruhunda yazılan şeir, mahnı söyləməklə, hekayələr oxumaqla keçirib.
Gənclərdə maraq yaradan layihənin gələcəkdə də təşkili nəzərdə tutulur.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:00 / 26.06.2023
Balakəndə vətənpərvərlik düşərgəsi təşkil edilib - FOTO
Hazırda oxunan: Balakəndə vətənpərvərlik düşərgəsi təşkil edilib - FOTO
Hazırda oxunan: Balakəndə vətənpərvərlik düşərgəsi təşkil edilib - FOTO
143416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.