Tərtərdə yerləşən N saylı hərbi hissədə bayram tədbiri keçirilib - FOTO

Tərtərdə yerləşən N saylı hərbi hissədə bayram tədbiri keçirilib - FOTO

Hazırda oxunan: Tərtərdə yerləşən N saylı hərbi hissədə bayram tədbiri keçirilib - FOTO

143399

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günü münasibəti ilə rayon ərazisində yerləşən N saylı hərbi hissədə bayram tədbiri keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə ordu birliyinin və hərbi hissənin yüksək rütbəli zabitləri, hissənin əsgər və zabit heyyəti və Tərtər rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. 
 
Əvvəlcə şəxsi heyyət və qonaqlar ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İcra başçısı və digər natiqlər, əsgər və zabitləri Silahlı Qüvvələr Günü və qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. 

Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçulara fəxri fərmanlar təqdim edilib, xatirə şəkilləri çəkilib. 

Tədbir konsert proqramı ilə davam edib.









Elgün Gəncimsoy Qarabağ Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO