Qəbələdə Azərbaycanda ordu quruculuğundan bəhs edilib

Qəbələdə Azərbaycanda ordu quruculuğundan bəhs edilib

Hazırda oxunan: Qəbələdə Azərbaycanda ordu quruculuğundan bəhs edilib

143397

Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, YAP Rayon Təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ Rayon Şöbəsinin, eləcə də, idarə, müəssisə və təşkilat nümayəndələrinin, Vətən müharibəsi qazilərinin, hərbi xidmətə çağırışçı gənclər və onların iştirakı ilə keçirilən tədbirdə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova konfrans iştirakçılarını salamlayaraq Azərbaycanda Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğunun bu gün Prezident İlham Əliyev tərəfindən böyük məharətlə davam etdirilməsi nəticəsində Milli Ordumuzun regionun ən güclü və qüdrətli ordusuna çevrildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ Rayon Şöbəsinin rəisi Fuad Xudiyev gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açıb, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təmin olunmasında Azərbaycan Ordusunun müstəsna rolu olduğunu qeyd edib.

Digər çıxış edənlər isə ordu quruculuğu sahəsində qazanılan uğurlardan, 44 günlük müharibədə Azərbaycan oğullarının igidliklərindən bəhs edib, gənclərə bu şərəfli missiyanın yerinə yetirilməsində uğurlar arzulayıb. 

Sonda “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” adlı videoçarx nümayiş olunub. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO