Bayram və qeyri-iş günlərində gözlənilən HAVA PROQNOZU  

Bayram və qeyri-iş günlərində gözlənilən HAVA PROQNOZU  

Hazırda oxunan: Bayram və qeyri-iş günlərində gözlənilən HAVA PROQNOZU  

143360

Bayram və qeyri-iş günlərində respublika ərazisində gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, iyunun 26-da ölkə ərazisində əsasən yağmursuz hava şəraiti gözlənilir.

Lakin 27-30-dək əksər rayonlarda yağmursuz hava şəraiti gözlənilsə də, əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. 
Mülayim şərq küləyi əsəcək. Respublika üzrə ən yüksək temperatur Mərkəzi Aran, Qazax-Gəncə bölgəsində, Naxçıvan Muxtar Respublikasında 30-35° isti olacağı gözlənilir. 

Nisbətən mülayim hava Balakən-Şəki, Şamaxı-İsmayıllı-Qəbələ rayonlarında 27-32° isti olacaq. Daha sərin hava şəraitini sevən insanları cəlb edəcək Daşkəsən-Gədəbəy-Göygöl, Lerik-Yardımlı, Lənkəran-Astara, Quba-Qusarda 23-28°-dək isti olacaq. 

Ayrı-ayrı bölgələr üzrə isə aşağıdakı məlumatlar təqdim olunur. 

Balakən-Şəki rayonlarında 

Hava şəraiti sabit, əsasən yağmursuz keçəcək. Lakin 27-29-da əsasən gündüz saatlarında qəsamüddətli yağış yağacağı ehtimalı var. 

Quba-Xaçmaz rayonlarında 

Əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin 27-29-da əsasən gündüz saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. 

Şamaxı-İsmayıllı-Qəbələ rayonlarında 

Əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin 28-29-da əsasən gündüz saatlarında qısamüddətli yağış yağacağı ehtimalı var. 

Qazax-Gəncə rayonlarında 

İyunun 26-da əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, 27-29-da əsasən gündüz saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. 

Daşkəsən-Gədəbəy-Göygöl rayonlarında 

Hava şəraiti əsasən yağmursuz olacaq, lakin gündüz saatlarında qısamüddətli yağış yağacağı ehtimalı var. 

Lənkəran-Astara rayonlarında 

Hava şəraiti sabit olacaq, əsasən yağmursuz keçəcək. 

Lerik-Yardımlı rayonlarında 

Hava şəraiti sabit olacaq, əsasən yağmursuz keçəcək. Lakin 28-də gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. 

Mərkəzi Aran rayonlarında 

Yağmursuz hava şəraiti gözlənilir. 

Bakıda və Abşeron yarımadasında 

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi 28-də arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti olacaq. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO