Naxçıvanda toydan qayıdanlar qəzaya DÜŞDÜ: Ölənlər və yaralılar var - FOTO 

Naxçıvanda toydan qayıdanlar qəzaya DÜŞDÜ: Ölənlər və yaralılar var - FOTO 

Hazırda oxunan: Naxçıvanda toydan qayıdanlar qəzaya DÜŞDÜ: Ölənlər və yaralılar var - FOTO 

143353

Naxçıvanda baş verən ağır yol qəzasında ölənlərin sayı artıb. 

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Kəngərli rayonunda baş verən hadisə zamanı 5 nəfər ölüb. 

Qəzada yaralı olan beş nədərin vəziyyəti də ağır qiymətləndirilir. Hər iki avtomobildə olanların toy məclisindən qayıtdığı bildirilir. 

Qeyd edək ki, bu gün gecə saatlarında Naxçıvanın Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Qəza rayonun Kərki və Böyükdüz kəndləri arasında baş verib. 

Belə ki, 71-BC-377 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 74-BB-744 dövlət nömrə nişanlı "Wolswagen" markalı nəqliyyat vasitəsinin toqquşub. Hadisə nəticəsində ölənlərdən biri uşaqdır. Hadisə yerinə hüquq-mühafizə orqanları və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər. 
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. 






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO