Zaqatalada uşaq yaradıcılıq festivalı KEÇİRİLDİ – FOTO  

Zaqatalada uşaq yaradıcılıq festivalı KEÇİRİLDİ – FOTO  

Hazırda oxunan: Zaqatalada uşaq yaradıcılıq festivalı KEÇİRİLDİ – FOTO  

143348

Zaqatalada uşaq yaradıcılıq festivalı keçirilib. Rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdə məktəbəqədər təhsil müəssisələrinin yüzlərlə balaca fidanı iştirak edib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Festival Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.

Festivalda həm idman, həm rəsm əsərləri, eyni zamanda əlilliyi olan uşaqların iştirakını nəzərə tutan oyunlar nümayiş etdirilib.

Uşaqlarla yanaşı onların ailələri və rayon sakinlərinin iştirak etdiyi tədbirin proqramı zəngin və rəngarəng olub. Festivalın təşkilatçıları bildirib ki, bu cür tədbirlərin keçirilməsi uşaqların yaradıcılıq inkişafına müsbət təsir göstərir və onların gələcək fəaliyyətinə təkan vermiş olur.
Festivalda rayonun musiqi məktəblərinin kollektivi konsert proqramı ilə çıxış edib. 












Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO