İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin həyata keçirdiyi “Qarabağ - Azərbaycan Mədəniyyətinin Ürəyi” adlı beynəlxalq müsabiqə layihəsi dünən başa çatıb.
Bizim.Media-ya mərkəzdən verilən məlumata görə, müsabiqənin formatına əsasən hər həftə 3 qalib olmaqla, müsabiqənin davam etdiyi 5 həftə ərzində 13 ölkədən 15 nəfər qalib seçilib.
Türkiyə, Pakistan, Tacikistan, İran, Qırğızıstan və İndoneziya kimi ölkələrlə yanaşı ABŞ, Estoniya, Braziliya, Polşa, Əlcəzair, Malayziya və Tunisdən olan iştirakçılar müsabiqədə uğur qazanıblar.
Sosial media vasitəsilə həyata keçirilən müsabiqədə təqdim edilən 5 sual və Qarabağın Azərbaycan mədəni-tarixi irsi ilə bağlı məlumatlar ümumilikdə dünya üzrə 300 minə yaxın insana çatdırılıb. 30 ölkədən 20 mindən artıq sosial media istifadəçisi layihəyə fəal dəstək verib.
Xatırladaq ki, layihənin məqsədi erməni işğalından azad edilmiş Qarabağın Azərbaycan mədəniyyəti və tarixinin ayrılmaz parçası olması ilə bağlı beynəlxalq maarifləndirmə işinin aparılması olub.
Müsabiqənin sonunda beş həftə ərzində biliyi, intellekti və marağı ilə fərqlənən ABŞ, Estoniya, Tunis, Malayziya və Pakistandan olan beş qalib təşkilatçılar tərəfindən müəyyən ediləcək zamanda Azərbaycanın Qarabağ bölgəsinə səyahət etmək imkanı əldə ediblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:12 / 10.03.2021
Xarici gənclər Qarabağa səfər edəcək - FOTO
Hazırda oxunan: Xarici gənclər Qarabağa səfər edəcək - FOTO
Hazırda oxunan: Xarici gənclər Qarabağa səfər edəcək - FOTO
14331
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.