Göyçayda sahibkarların məhsulları nümayiş etdirildi - FOTO

Göyçayda sahibkarların məhsulları nümayiş etdirildi - FOTO

Hazırda oxunan: Göyçayda sahibkarların məhsulları nümayiş etdirildi - FOTO

143308

Göyçayda “GöyçayFest” adlı “Aqroturizm və Sosial sahibkarlıq” festivalı təşkil olunub. Festival Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondununun dəstəyi ilə “Region gənclərinin məşğulluğu üçün Aqroturizmin təşviqi” layihəsi çərçivəsində baş tutub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki,  Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Göyçay Dayaq Məntəqəsində təşkil olunan festivalda kənd təsərrüfatı, ictimai iaşə və aqroturizm istiqamətində maraqlı subyektlərin sərgiləri təşkil olunub, aqroturizm istiqamətində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin məhsulları nümayiş etdirilib. 

Festivalın keçirilməsində məqsəd rayonda aqroturizm, sosial sahibkarlığın inkişafına dəstək olmaq, yerli sahibkarların aqroturizmə marağını artırmaq, aqroturizm idarəetmə təcrübəsini təşviq etməklə əhalinin məşğulluq imkanlarını genişləndirmək, peşə mərkəzi müdavimləri, gənclər üçün əlavə gəlir gətirən, həmçinin iqtisadi dayanıqlılığı özündə birləşdirən turizm növlərini inkişaf etdirməkdir.


















Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO