Göyçayda şəhid ailələrinin üzvlərinin iştirakı ilə görüş keçirildi - FOTO

Göyçayda şəhid ailələrinin üzvlərinin iştirakı ilə görüş keçirildi - FOTO

Hazırda oxunan: Göyçayda şəhid ailələrinin üzvlərinin iştirakı ilə görüş keçirildi - FOTO

143305

“Heydər Əliyev ili” ilə əlaqədar “Heydər Əliyev-Azərbaycanda ordu quruculuğu” mövzusunda çağırış yaşlı gənclərlə, peşəkar hərbi mütəxəssisələrin, şəhid ailələrinin üzvlərinin, vətən müharibəsi veteranlarının və əlillərinin iştirakı ilə görüş keçirilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, görüş iştirakçıları Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasının foyesində Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. 

Dəyirmi masa ətrafında davam edən görüş ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov qeyd edib ki, müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır:

“Azərbaycan Ordusunda formalaşdıran  məhz müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev olub. 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atılıb. Bu gün Prezident cənab İlham Əliyev ulu öndərin ordu quruculuğu sahəsində də  yürütdüyü siyasəti zamanın  tələblərinə uyğun olaraq uğurla davam etdirir. 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu İllər boyu həsrətini yaşadığımız, lakin heç zaman ümüdümüzü kəsmədiyimiz ən böyük arzumuz olan doğma Qarabağımızı, tarixi torpaqlarımızı 44 günlük mübarizə yolunda zəfər, qələbə ilə geri aldıq”. 

Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, şəhid atası Akif Kərimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin giziri Mahmud Mahmudzadə, 44 günlük Vətən müharibəsi iştirakçısı Süleyman Səfərov, həm birinci Qarabağ, həm 44 günlük Vətən müharibəsi iştirakçısı, Göyçay şəhər 4 saylı tam orta məktəbin hərbi rəhbəri Bayram Vəliyev qeyd ediblər ki, bugünkü qüdrətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanımızın birbaşa müəllifliyi ilə Qalib Ordu statusu alıb. 

Bildirilib ki, ordu quruculuğu ilə yanaşı bütün sahələrdə olan uğurların təməlində Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mükəmməl siyasi kurs dayanır. 

Xoşbəxt gələcəyə hesablanmış bu siyasi kurs xalqımızı daha böyük zəfərlərə doğru aparacaq.
Sonda xatirə şəkili çəkilib. 














Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO