Daşkəsən rayon Şahvələdli kənd ümumi orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun mətbuat xidməti yayıb.
Araşdırmalar zamanı qeyd olunan məktəbin direktoru Roman Tağıyevin 2020-2023-cü illər ərzində əsassız olaraq əmək haqqı ödənilməsi ilə bağlı dövlət büdcəsindən ayrılmış pul vəsaitini mənimsəməsi və sair qanunsuz hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:53 / 25.06.2023
Dövlətin pulunu mənimsəyən məktəb direktoruna cinayət işi AÇILDI
Hazırda oxunan: Dövlətin pulunu mənimsəyən məktəb direktoruna cinayət işi AÇILDI
Hazırda oxunan: Dövlətin pulunu mənimsəyən məktəb direktoruna cinayət işi AÇILDI
143280
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.