Azərbaycanda son sutkada 2 nəfər koronavirusa yoluxdu

Azərbaycanda son sutkada 2 nəfər koronavirusa yoluxdu

Hazırda oxunan: Azərbaycanda son sutkada 2 nəfər koronavirusa yoluxdu

143278

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, son sutkada infeksiyaya 2 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 6 nəfər sağalıb.

İndiyədək ölkədə ümumilikdə 831 934 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 621 nəfər müalicə olunaraq sağalıb, hazırda 31 aktiv xəstə var. Bu günə qədər 10 282 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 493, bu günə qədər isə ümumilikdə 7 642 101 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 89 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 966 944 olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO