Dövlət Xidməti Qubadakı yol idarəsini məhkəməyə verdi

Dövlət Xidməti Qubadakı yol idarəsini məhkəməyə verdi

Hazırda oxunan: Dövlət Xidməti Qubadakı yol idarəsini məhkəməyə verdi

143262

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı Quba rayonunun Amsar kəndində fəaliyyət göstərən “11 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi” MMC-yə məxsus asfalt-beton zavodunda təmizləyici qurğu quraşdırılmadığından havaya normadan artıq tullantı atıldığı müəyyən olunub.

Bu barədə Bizim.Media-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı Mətbuat Xidmətindən məlumat verilib.

Faktla bağlı akt tərtib edilib, zavodun hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış sənədlər Quba rayon Məhkəməsinə göndərilib.

Zavodda təmizləyici qurğunun quraşdırılması və nöqsanların aradan qaldırılması üçün asfalt-beton zavodun rəhbəri Hikmət Seyidova məcburi göstəriş verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO