Gədəbəy rayonunun Söyüdlü kənd ərazisində fəaliyyət göstərən şirkətin imzalanmış sazişə əsasən öz üzərinə götürdüyü və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədində əks olunmuş su, torpaq və atmosfer havası üzrə keyfiyyət standartlarına, həmçinin bütün digər ekoloji normalara tam riayət etməsi tələb olunur.
Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın ilkin hesabat iclasında bildirilib.
Qeyd edilib ki, ərazidə aidiyyəti qurumlar tərəfindən ətraf mühitə təsirlər qiymətləndirilir, o cümlədən su və torpaq nümunələri götürülərək analizlər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:58 / 25.06.2023
Söyüdlüdə fəaliyyət göstərən şirkətdən nə tələb olunub?
Hazırda oxunan: Söyüdlüdə fəaliyyət göstərən şirkətdən nə tələb olunub?
Hazırda oxunan: Söyüdlüdə fəaliyyət göstərən şirkətdən nə tələb olunub?
143252
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.