Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Daşkəsən rayonunda bir sıra yollarda hərəkətin təhlükəsizliyini təmin edib.
Bizim.Media bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, leysan xarakterli yağışlar nəticəsində Respublika əhəmiyyətli Daşkəsən-Gəncə, yerli əhəmiyyətli Daşkəsən-Əmirvar-Qabaqtəpə, Quşçu-Çovdar-Çaykənd, Çanaxçı-Alaxançallı və Qaraqollar-Muşavaq avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və qaya parçaları tökülüb, 9 ədəd suötürücü boruya ziyan dəyib. Sözügedən yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:57 / 25.06.2023
Daşkəsəndə selin gətirdiyi qum və qaya parçaları yollardan təmizləndi - VİDEO
Hazırda oxunan: Daşkəsəndə selin gətirdiyi qum və qaya parçaları yollardan təmizləndi - VİDEO
Hazırda oxunan: Daşkəsəndə selin gətirdiyi qum və qaya parçaları yollardan təmizləndi - VİDEO
143239
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.