Gəncədə xəstəxanalara müraciət edənlərin sayı artıb - SƏBƏBİ AÇIQLANDI

Gəncədə xəstəxanalara müraciət edənlərin sayı artıb - SƏBƏBİ AÇIQLANDI

Hazırda oxunan: Gəncədə xəstəxanalara müraciət edənlərin sayı artıb - SƏBƏBİ AÇIQLANDI

143223

“Gəncə Şəhər Birləşmiş Xəstəxananın tabeliyində olan tibb müəssisələrinə gün ərzində ortalama 3000 vətəndaş müraciət edir. Onlara göstərilən xidmət sayı isə 9000-12000 aralığında dəyişir. Ötən il ərzində 275 mindən çox pasiyentə 2 milyon 500 mindən çox xidmət göstərilib ki, bunların 2 117 377-si ambulator, 392 283-ü isə stasionar xidmətlərdir”. 

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna Gəncə Şəhər Birləşmiş Xəstəxananın direktoru İlkin İsmayılov verib. 

Onun sözlərinə görə, tibbi sığortanın tətbiqi ilə xəstəxanaya müraciətlərin sayında artım müşahidə olunmaqdadır. 

Direktor bunu sığorta paketinin dəha zəngin olması və əhaliyə göstərilən tibbi xidmətin yüksəldilməsi ilə əlaqələndirib:

“Cari ilin ilk 6 ayı üzrə isə 178 mindən çox pasiyentə 1 milyon 400 mindən çox tibbi xidmət göstərilib. Ən çox icra olunan əməliyyatlar uroloji, ginekoloji və oftalmoloji əməliyyatlardır. 2022-2023-cü illər ərzində 22 mindən çox cərrahi əməliyyat icra olunub. Bu ötən illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə çoxdur”.

Birləşmiş Xəstəxananın direktoru onu da vurğulayıb ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Gəncədə fəaliyyət göstərən tibb müəssisələri yenilənir, əsaslı təmir olunur, müasir avadanlıqlarla təchiz olunur:
“Bütün bunlar əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərməyə imkan verir”. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO