Lökbatanda bir nəfər bıçaqla qətlə yetirildi

Lökbatanda bir nəfər bıçaqla qətlə yetirildi

Hazırda oxunan: Lökbatanda bir nəfər bıçaqla qətlə yetirildi

143202

İyunun 25-i, saat 00:25 radələrində 1997-ci il təvəllüdlü Həsən Hudulovun kəsilmiş-deşilmiş xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media  xəbər verir ki, bu barədə informasiyanı Qaradağ rayon prokurorluğu yayıb.

Aparılmış araşdırmalarla Həsən Hudulovun Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində bıçaqla xəsarət yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 
 
Cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO