Avqust ayında müəllimlərin təkrar sertifikasiyası keçiriləcək

Avqust ayında müəllimlərin təkrar sertifikasiyası keçiriləcək

Hazırda oxunan: Avqust ayında müəllimlərin təkrar sertifikasiyası keçiriləcək

143172

“Avqust ayında ötən il sertifikatlaşdırma prosesində uğur qazanmayan müəllimlərin təkrar sertifikasiyasının təşkili nəzərdə tutulur”. 

Bizim.Media xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli Təhsil TV-yə müsahibəsində deyib. 

Onun sözlərinə görə, sertifikatlaşdırma qaydalarına uyğun olaraq tarixlərlə bağlı məlumat müəllimlərin şəxsi səhifələrinə bir ay əvvəldən göndəriləcək. 

Qeyd edib ki, Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun olaraq sertifikatlaşdırma prosesində ikinci cəhddə də uğur əldə edə bilməyən müəllimlərin müqaviləsinə xitam veriləcək. 

“Növbəti illərdə digər fənn müəllimləri də sertifikasiya prosesinə cəlb olunacaqlar. Beş il ərzində bütün fənn müəllimlərinin sertifikatlaşdırmadan keçirilməsi planlaşdırılır”, – deyə Nurlan İsmayılbəyli bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO