Musiqi məktəblərinə işə qəbul imtahanının vaxtı AÇIQLANDI  

Musiqi məktəblərinə işə qəbul imtahanının vaxtı AÇIQLANDI  

Hazırda oxunan: Musiqi məktəblərinə işə qəbul imtahanının vaxtı AÇIQLANDI  

143121

Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirəcək. 

DİM-dən Bizim.Media-ya verilən məlumata görə, imtahan 16 iyul 2023-cü il tarixində təşkil olunacaq. 

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 24 iyun saat 15:00-dan 6 iyul saat 17:00-dək həyata keçirilir. 

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola və imtahanda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. 

//exidmet.dim.gov.az/elimt/MusiqiTest/elan

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO