Şəki-Zaqatalada 62 müəllim yüksək bal toplayıb - FOTO

Şəki-Zaqatalada 62 müəllim yüksək bal toplayıb - FOTO

Hazırda oxunan: Şəki-Zaqatalada 62 müəllim yüksək bal toplayıb - FOTO

143116

Söhbət Şəki-Zaqatala Regional Təhsil İdarəsinə daxil olan məktəblərin dil-ədəbiyyat müəllimlərindən gedir.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib. 

Bildirilir ki, bu gün bölgə üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün sertifikatlaşdırma imtahanlarının test mərhələsi keçirilib.

İki sessiyada təşkil olunmuş imtahanların birinci sessiyasına 323 təhsilverən dəvət olunub.

Onlardan 316 nəfər təhsilverən sertifikatlaşdırma prosesində iştirak edib.

Birinci sessiya üzrə 62 müəllim 50 və daha çox bal toplayıb. 

Qeyd edək ki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsində iştirak hüququ qazanacaq. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO