Şəki dünyanın 12 şəhəri ilə qardaşlıq əlaqələrinə malikdir. Onlardan biri də ən sıx əməkdaşlıq əlaqələri olan Türkiyənin tarix, mədəniyyət və turizm şəhəri olan Berqamadır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu günlər Berqama növbəti Beynəlxalq festivala ev sahibliyi edir. Tədbirə Şəkidən də nümayəndələr qatılıb.
Festival iştirakçılarını salamlayan Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov təmsil etdiyi şəhər haqqında qısa məlumat verib. Bildirib ki, Şəki şəhəri 2010-cu ildə "Azərbaycanın Sənətkarlıq Paytaxtı" seçilib, 2012-ci ildə türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı, 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub, 2017-ci ildə YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə, 2019-cu ildə Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Türkiyə-Azərbaycan əlaqələrindən danışan icra başçısı bildirib ki, ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir.
Türkiyə son illər ərzində çox böyük və şərəfli yol keçib. Şəkinin Azərbaycanda festivallar şəhəri kimi tanındığını bildirən icra başçısı Berqama şəhərinin bələdiyyə sədrini 3-7 iyul tarixlərində Şəkidə keçiriləcək Şəhər Günü və XII “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına dəvət edib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:26 / 24.06.2023
Şəki şəhərinin nümayəndə heyəti 87–ci Beynəlxalq Berqama Kermes Festivalında iştirak edib
Hazırda oxunan: Şəki şəhərinin nümayəndə heyəti 87–ci Beynəlxalq Berqama Kermes Festivalında iştirak edib
Hazırda oxunan: Şəki şəhərinin nümayəndə heyəti 87–ci Beynəlxalq Berqama Kermes Festivalında iştirak edib
143061
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.