Şəki-Zaqatala bölgəsində qeyri-sabit hava şəraiti davam EDİR  

Şəki-Zaqatala bölgəsində qeyri-sabit hava şəraiti davam EDİR  

Hazırda oxunan: Şəki-Zaqatala bölgəsində qeyri-sabit hava şəraiti davam EDİR  

143057

Şəki-Zaqatala iqtisadi rayonlarının əksər yaşayış məntəqələrində bu gecə yağış yağıb. 

Bizim.Media-nın yerli bürosu Şəki Regional Hidrometeorologiya Müəssisəsinə istinadən bildirir ki, bölgənin dağlıq və aran ərazilərində yağıntılar davam edib. İlkin məlumatlara görə, bu ay anoloji dövrlə müqayisədə üç dəfən çox yağıntı düşüb.

Ötən sutka ərzində yağan yağışlar leysan xarakteri daşımadığından çaylarda da hər hansı problem qeydə alınmayıb. Hazırda bölgənin Muxax, Kürmük, Şin və Dəmiraparan çaylarında sululuq müşahidə edilir. Havaların qeyri-sabit keçməsi əsasən kənd təsərrüfatı işlərində geriləmələrə səbəb olub.
Belə ki, arpa və buğda biçinləri, lavanda yığımı, eləcə də xüsusən, dağətəyi ərazilərdə şaftalı, ərik yığımında fasilələr yaranıb. Regional Hidrometeorologiya Müəssisəsindən o da qeyd edilib ki, qeyri-sabit hava şəraiti gün ərzində davam edəcək. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO