Qubada şəhid atası tədbirdə kövrəldi - VİDEO  

Qubada şəhid atası tədbirdə kövrəldi - VİDEO  

Hazırda oxunan: Qubada şəhid atası tədbirdə kövrəldi - VİDEO  

143056

Fövqəladə Hallar Nazirliyinin Qubadakı hərbi hissəsində 26 iyun - Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə keçirilən tədbirdə təsirli anlar yaşanıb, şəhid atası Akif Mirzəyev hisslərinə hakim ola bilməyib. 

Bu barədə Bizim.Media-ya Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba rayonu üzrə nümayəndəsi Fuad Orucov məlumat verib. 

Onun sözlərinə görə, Quba Mədəniyyət Mərkəzi və Quba Mərkəzləşdirilmiş Kitabxana Sisteminin FHN-nin hərbi hissəsi ilə birgə keçirilən tədbirdə Vətən Müharibəsi şəhidi Nuran Mirzəyevin atası, Küpçal kənd kitabxana filialının işçisi Akif Mirzəyev də iştirak edib: 

“O həmişə oğlu ilə "Xatırla məni" mahnısına rəqs etməyindən, itki ağır olsa da, onunla fəxr etdiyindən danışıb. Tədbirdə dedim, gəl, o mahnını sifariş verək. Verdik. Mahnını yerli müğənnilərimiz Məqsəd və Sevil ifa edəndə şəhid atası Akif Mirzəyev göz yaşlarını zaxlaya bilmədi, kövrəldi. Tədbir iştirakçılarımız və əsgərlər şəhidi hörmət və ehtiramla andılar. Düzü, atanın göz yaşları mənə də pis təsir etdi. Amma mən hesab edirəm ki, bizim bütün şəhidlərimiz kimi Nuran Mirzəyev də xatirə və qəlbimizdə yaşayır". 
Qeyd edək ki, Mirzəyevlər ailəsinin yeganə oğul övladı olan Nuran Mirzəyev 2020-ci il oktyabr ayının 9-da Qubadlı rayonu istiqamətində şəhid olub. Tolerant Qubanın ləzgi millətindən olan şəhid Nuran Mirzəyevin hərbi xidmətə getməzdən əvvəl atası və doğmaları ilə "Xatırla məni" mahnısına rəqs etdiyi deyilir. Ötən gün bu rəqsin və atanın tədbirdə kövrəlməsinin görüntüləri sosial şəbəkədə yayılıb. Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba rayonu üzrə nümayəndəsi Fuad Orucov saytımıza məlumat verdi ki,s on 3 ildə 6 şəhid valideyni rayonun mədəniyyət müəssisələrində işə qəbul edilib. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO