Məktəb direktorları üçün xüsusi hazırlıq kursları təşkil olunacaq

Məktəb direktorları üçün xüsusi hazırlıq kursları təşkil olunacaq

Hazırda oxunan: Məktəb direktorları üçün xüsusi hazırlıq kursları təşkil olunacaq

143056
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Direktorların hazırlığı kursları -2016" layihəsi Bakı şəhəri ilə yanaşı regionlarda da keçirilməyə başlanılıb. 

Moderator.az xəbər verir ki, bu təlimlərin məqsədi müasir idarəetmənin bilik və bacarığına yiyələnən, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdir. Təlimlərdə Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işləyən 40 təhsil işçisi iştirak edib. Təlimlərdə təhsil menecmentinin daha səmərəli təşkilini dəstəkləyən  təhsildə keyfiyyətin idarəedilməsi, təhsili idarəetmənin hüquqi əsasları, kompüter və təlim texnologiyaları, təhsildə statistika və təhlil, təhsilin idarəedilməsi və monitorinqi, təhsili idarəetmənin  psixoloji əsasları, təhsildə maliyyənin idarəolunması kimi fənlər tədris olunub. 

Təhsil Nazirliyinin nümayəndələri və Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç kursun dinləyiciləri olan direktorlara sertifikatlar təqdim edib. 

Qeyd edək ki, növbəti layihə 8 İyul ”“  6 Avqust aralığında Gəncədə şəhərində keçiriləcək. Layihədə  Gəncə şəhəri, Göygöl, Samux, Goranboy, Daşkəsən rayonlarından  41 nəfər  iştirak edəcək .
Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO