Bəylər Eyyubov “Şərəf” ordeni ilə təltif edildi - FOTO

Bəylər Eyyubov “Şərəf” ordeni ilə təltif edildi - FOTO

Hazırda oxunan: Bəylər Eyyubov “Şərəf” ordeni ilə təltif edildi - FOTO

14300

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində səmərəli fəaliyyətinə, vəzifə borcunu peşəkarlıqla yerinə yetirdiyinə görə Bəylər Həsən oğlu Eyyubov “Şərəf” ordeni ilə təltif edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Bəylər Eyyubov 11 mart 1951-ci ildə Ermənistan SSR-də anadan olub.

O, 2 iyun 2003-cü ildə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini — Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsini icra edib.

16 mart 2020-ci ildə isə Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO